Sevgilisinə su altında evlilik təklif edərkən boğulub öldü

HADİSƏ 22 sen 2019, 12:05

ABŞ sakini sevgilisinə evlilik təklif edərkən boğulub, ölüb.


Demokrat.az “Lenta.ru” saytına istinadla xəbər verir ki, hadisə Tanzaniyada baş verir.


ABŞ-ın Luizana ştatının sakini olan Stiven Veber birlikdə tətildə olduğu sevgilisinə məhəbbətini nümayiş etdirmək qərarına gəlib. Bunun üçün o, qeyri-adi evlilik təklifi etməyi fikirləşib.


“Facebook”da yayılmış görüntülərdə onun üzündəki maska ilə müəyyən dərinlikdə sevgilisinə üzük təklif etdiyi görünür.


Bununla belə, onun hansı anda boğulduğu görüntülənməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top