Azərbaycan bədii gimnastikada olimpiadaya daha bir lisenziya qazandı

İDMAN 21 sen 2019, 23:17

Bakıda bədii gimnastika üzrə dünya çempionatı davam edir.

 

Demokrat.az xəbər verir ki, bu gün qrup hərəkərləri üzrə milli komandamız Tokio-2020 Olimpiya oyunlarına vəsiqə qazanıb.


Aliyə Paşayevə, Ayşan Bayramova, Diana Əhmədbəyli, Zeynab Hümmətova və Darya Sorikinadan ibarət olan komandamız çoxnövçülükdə iki çıxış edib. 


Gimnastlarımız iki hərəkətin cəminə görə 53 100 xalla 8-ci yeri tutublar və Olimpiya oyunlarına lisenziya əldə ediblər.


Fərdi yarışlarda Zöhrə Ağamirova Olimpiadaya vəsiqə qazanmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top