Şikayət etdilər, həmyerliləri çıxdı

KRİMİNAL 21 sen 2019, 13:35

Binəqədidə iki Pakistan vətəndaşı soyulub.

Demokrat.az DİN-ə istinadən xəbər verir ki, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edən 2 Pakistan vətəndaşı sentyabrın 18-də aldadılaraq 3000 ABŞ dolları və 2300 manat pullarının alındığını bildirmişlər.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır. Əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən həmyerliləri saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top