Bakıda daha bir sürücü yol polisinə hücum etdi

HADİSƏ 20 sen 2019, 20:36

Bakıda taksi sürücüsü yol polisinə tabesizlik göstərib. 

 

Demokrat.az "avtosfer.az"a istinadən xəbər verir ki, hadisə Niyazi küçəsi ilə İstiqlaliyyət küçələrinin kəsişməsində baş verib. 


Niyazi küçəsindən sola Prezident Adminstrasiyası istiqamətində dönmək istəyən 90 PL 256 dövlət nömrə nişanlı, "Lada Granta" markalı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü, Orxan Məmmədli orda xidmət aparan YPX əməkdaşlarının göstərişinə tabe olmayıb. 


Yol polisləri ona sağa hərəkət etməyi göstərsələr də sürücü təxminən bir dəqiqə ərzində avtomobili ərazidə saxlayıb. Sonra isə qəfildən avtomobildən düşərək yol polislərinə hücum edib. 


YPX əməkdaşı onu sakitləşdirməyə çalışsalar da Orxan Məmmədli müqavimət göstərib. 

Sonda yol polisləri onu kənara çəkərək saxlamağa nail olub. Digər YPX əməkdaşı isə avtomobili təhlükəsiz əraziyə çəkərək sıxlığın qarşısını alıb. 
 

Sürücü barəsində toplanmış materiallar baxılması üçün Səbail rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə Orxan Məmmədli 30 gün müddətində inzibati qaydada həbs edilib. 


Görüntüləri təqdim edirik: 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top