Yoxsul olarkən Ronaldoya yardım edənlər tapıldı - Superulduzun arzusu reallaşdı (FOTO)

MARAQLI 20 sen 2019, 18:13

“Yuventus”un ulduzu Kriştiano Ronaldo bi neçə gün öncə “Sabahin xeyir Britaniya” adlı verilişdə Pyers Morqana müsahibəsində uşaq vaxtı yoxsul olarkən ona hamburger yardımı edən 3 qadını haqqında danışmışdı.

 

BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, Ronaldo həmin hadisə belə xatırlamışdı:

 

“11-12 yaşımda olarkən “Sportinq”in uşaq məktəbində oynayırdım. Maddi vəziyyətimiz çox pis idi. Komanda yoldaşımla birlikdə bəzən gecələr acırdıq və yaxınlıqdakı hamburgerçiyə gedib artıq qalan hamburgerləri soruşurduq. Oradakı 3 möhtəşəm qadın həmişə bizə kömək edərdi. Onlardan birinin adının Edna olduğunu xatırlayıram. Onları uzun müddətdir axtarıram. Həmin hamburger satılan yerə getdim, amma ora bağlanıb. Əgər bu reportaj onları tamağıma kömək edərsə, çox sevinərəm. Onları evimdə qonaq etmək istəyirəm”.

 

Hələlik Edna adlı o qadın tapılmasa da, Paula Leka adlı qadın “Renascenca” adlı radio verilişə zəng edərək Ronaldonun haqqında danışdığı qadınlardan biri olduğunu deyib. Evli və iki uşaq anası olan Leka həmin vaxtları belə xatırlayıb:

 

“Uşaqlar hamburger dükanına gəlirdi. Demək olar ki, hər gün gəlidilər. Onların içində ən utancaq olan deyəsən Ronaldo idi. İndi xatırlayanda gülümsəyirəm. Uşaqlarıma bu barədə çox danışmışam. Ronaldoya hamburger verdiyimə inanmırdılar. Həyat yoldaşım isə bunu bilirdi. Çünki hər axşam məni evə aparmağa gələndə bu hadisəyə şahidlik edirdi. Ronaldonun uzun illər sonra o günləri xatırlaması çox xoşdur. Bu, onun təvazökarlığını göstərir. Əgər məni qonaq dəvət etmək istəyirsə, mütləq gələrəm”.


Leka Edna ilə əlaqəsinin kəsildiyindən isə təəssüfləndiyini bildirib. 

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top