“ABŞ kosmosa silah yerləşdirir” – Sergey Lavrov

DÜNYA 20 sen 2019, 12:30

Rusiya Xarici İşlər naziri Serqey Lavrov bəyan edib ki, ABŞ kosmosa silah yerləşdirmə planların icra etməyə başlayıb.

 

Bu barədə “Report” Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən məlumat yayıb.

 

Nazirin “Rusiya qlobal siyasətdə” jurnalında dərc edilən məqaləsində bildirilib ki, rəsmi Vaşinqton Rusiya tərəfinin silahların kosmosda yerləşdirilməsinə dair universal moratoriumun razılaşdırılması barədə təklifini qəbul etmir.

 

Diplomat eyni zamanda qeyd edib ki, Qərb liberal dəyərləri müdafiə edir və eyni zamanda sanksiyalar, hərbi təhdidlər və suveren dövlətlərin bombalanması siyasətini yürüdür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top