"Profilim oğurlanmayıb" — Fuad Qəhrəmanlının qızı (VİDEO)

GÜNDƏM 19 sen 2019, 19:55

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qızı Selcan Yağmur profilinin oğurlanmadığını deyib.


Demokrat.az xəbər verir ki, Fuad Qəhrəmanlının qızı Selcan facebook sosial şəbəkəsindən canlı yayım edərək profilinin oğurlanmadığını deyib.


Qeyd edək ki, Selcan facebook hesabından atasının ailədə şiddət göstərdiyini, anasının barmaqlarını, onun dizini sındırdığı haqda paylaşım edib.


Fuad Qəhrəmanlı öz profilindən qızının hesabının oğurlandığı haqda paylaşım etsə də, qızı Selcan canlı yayım açaraq profilin oğurlanamadığını deyib.


Jurnalistlərdən heç kəsə açıqlama verməyə vaxtı olmadığını deyən Selcan hazırda Holandiyada universitetdə dərsdə olduğunu və vaxt məhdudiyyəti yaşadığını bildirib. 


O paylaşdığı statusu dəfələrlə yazıb qaralamada saxladığını və sonda paylaşmağı qərara aldığını qeyd edib.(Bizimyol.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top