Hakimlər Hacı Əliyev barədə son qərarını açıqladı - RƏSMİ

İDMAN 19 sen 2019, 14:21

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatından (DÇ) diskvalifikasiya edilən Hacı Əliyev barədə yekun qərar verilib.

 

Azərbaycan Güləş Federasiyasından Demokrat.az-a verilən məlumata görə, yekun olaraq Hacı Əliyevin diskvalifikasiya qərarı ləğv olunub.

 

Belə ki, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev (-65 kq) uduzduğu rusiyalı Hacımurad Rəşidov finala çıxacağı halda, bürünc medal üçün təsəlliverici yarışlara qatılacaq.

 

Bundan başqa, 57 kq çəki dərəcəsində digər rusiyalı Zaur Uquyevə uduzmuş Mahir Əmiraslanov da rəqibinin əlinin qaldırılması mərasiminə qatılmayıb. Baş hakim onun diskvalifikasiya ediləcəyini bildirib.

 

Lakin federasiyadan bildirdilər ki, bu idmançı diskvalifikasiya edilməyib və Uquyev finala çıxacağı halda, onun da bürünc medal qazanmaq şansı olacaq. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top