Fərmanda 6 ay vaxt verilmişdi, 8 ay keçdi: Hanı Plan?

GÜNDƏM 19 sen 2019, 13:35

“İlham Əliyevin bu ilin yanvarında imzaladığı Fərmanda Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi-tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün tapşırılan tədbirlər planı artıq hazırdır”.


Demokrat.az xəbər verir ki, bu sözləri  Axar.az-a açıqlamasında Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.


“Prezidentin fərmanı ilə bağlı hazırlıqlar gedir. Akademiya bu məsələnin həllinə və tədbirləri həyata keçirməyə hazırdır. Haçan desələr, o zaman tədbirlər planı Prezidentə təqdim olunacaq”, - A.Əlizadə bildirib.


AMEA prezidenti qurumdakı struktur islahatları, həmçinin institutların birləşməsi ilə bağlı məsələlər barədə danışmayıb.


Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin yanvarında imzaladığı Fərmanda Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi-tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılması haqqında xüsusi bənd var. Fərmana əsasən, təkliflər 6 ay müddətinə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top