"Gürcüstanla sərhəddin dəqiqləşdirilməsi üzrə müzakirələr davam edir" – Nazir müavini

SİYASƏT 19 sen 2019, 11:41

"Gürcüstanla ekspertlər səviyyəsində görüşləri davam etdiririk".


Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.


Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək: "Avqustda birinci mərhələni bitirmişik. İkinci mərhələ görüşlər sentyabrın axırınadək davam edəcək. Biz ekspertləri dinləyib noyabrda komissiyanın növbəti iclasının Gürcüstanda keçirilməsini müəyyən edəcəyik".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top