Deputat Qəbələ və Lənkəran aeroportlarını icarəyə verməyi təklif etdi

SOSİAL 19 sen 2019, 09:47

“Bu il Gürcüstana 5 milyon 300 min turist gəlib. Çünki Gürcüstanda Kutaisi aeroportu var. Oradan 30 avroya Avropaya uçurlar”.

 

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Rauf Əliyev deyib.

 

“Çünki Kutaisi aeroportu loukosterlərə verilib. Bizdə də Qəbələdə, Lənkərandakı aeroportlar loukosterlərə verilsə, qiymətlər ucuz olar. Eyni zamanda ölkəyə çoxlu turist gələr”-deyə deputat əlavə edib. (Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top