"BMW" aşdı, xanım müğənnimiz həyatını itirdi

HADİSƏ 18 sen 2019, 22:47

Goranboy rayonunda sürücü idarə etdiyi "BMW X-5" markalı avtomobili aşırıb.


Demokrat.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə Qızılhacılı kəndində qeydə alınıb.


İlkin məlumatlara görə qəzada Günel adlı qadın həyatını itirib. Qadının müğənni olduğu deylir. Daha bir nəfər Tural Abdullayev adlı şəxs isə ağır bədən xəsarətləri alıb.

 

Yaralı hələlik Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun Gəncədəki özəl xəstəxabalardan birinə gətirilməsi planlaşdırılır. Qəzaya səbəb yüksək surət və sürücünün idarəetməni itirməsinin səbəb olduğu ehtimal edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top