"Biz camaatla üzbəüz qalırıq" — Hadı Rəcəbli

SOSİAL 18 sen 2019, 16:08

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat İlham Məmmədov əlilliyin təyinatı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tənqid edib.


Demokrat.az-ın xəbərinə görə, deputat deyib ki, bəzən vizual olaraq görünən insanlara əlillik təyin edilmir: 


“Bu məsələnin aidiyyəti qurumla geniş müzakirəsi vacibdir”.


Komitə sədri Hadı Rəcəbli isə deyib ki, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri əlilliyin təyin edilməsinin yeni modeli barədə düşünürlər: 


“Yaxşı olardı ki, yeni modeli qabaqcadan bilək. Çünki biz də camaatla üzbəüz qalırıq, seçicilərlə görüşürük. Mən də düşünürəm ki, bununla bağlı bir dinləmə təşkil etməliyik”.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top