Ürək xəstəliyi olan uşaqlara ŞAD XƏBƏR — Ukraynanın tanınmış həkimləri Azərbaycanda pulsuz cərrahiyyə əməliyyatları aparacaqlar

HADİSƏ 18 sen 2019, 15:49

Ukraynanın tanınmış ürək üzrə uşaq cərrahları Azərbaycana səfər edəcəklər. 


Bu barədə Demokrat.az-a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib. 


Məlumata görə, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Avropanın anadan gəlmə Ürək Xəstəlikləri Cərrahları Birliyinin üzvü, Ukraynanın əməkdar həkimi, Səhiyyə Nazirliyinin “Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi Elmi və Praktik Tibb Mərkəzi”nin direktoru, professor İlya Yemetsin başçılıq etdiyi ürək üzrə uşaq cərrahları sentyabrın 20-23-də Bakıda, 23-24-də isə Naxçıvanda olacaqlar.

 

Görüntünün olası içeriği: 1 kişi, oturuyor, ekran ve iç mekan


Səfər çərçivəsində Azərbaycan cərrahları və tibb mütəxəssiləri ilə elmi-praktik görüşlər keçiriləcək. 


Ürək xəstəli uşaqları müayinə edəcəklər, ehtiyac yarandığı halda mürəkkəb cərrahiyyə əməliyyatları aparacaqlar. 


Səfirlik olaraq vətəndaşlarımızı bu fürsətdən yararlanmağa çağırırıq!

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top