“Onkoloji xəstəliklərin müalicəsi ilə bağlı maliyyə problemləri var” — Deputat

SOSİAL 18 sen 2019, 14:33

“Onkoloji xəstəliklərin müalicəsi ilə bağlı maliyyə problemləri var. Onkoloji xidmətlə bağlı məsələyə yenidən baxılmalıdır, maliyyə vəsaiti artırılmalıdır”.


Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında komitənin sədr müavini Musa Quliyev deyib.


O bildirib ki, bu xəstəliklərin müalicəsi üçün dərman vasitələri çox bahadır, bu da əlavə vəsait tələb edir.


“Spesifik onkoloji dərmanların müalicəsi üçün lazım olan dərman vasitələrinin apteklərdə satışı qadağan edilib. Qanunsuz halların qarşısını almaq üçün həmin dərmanların apteklərdə satışına icazə verilsə, yaxşı olar. Belə olan halda, buna nəzarət imkanımız artar” – deputat qeyd edib.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top