Qum, çınqıl, daş karxanasının sahibləri onu başqa şəxsə verə bilməz — Qanun dəyişdi

HADİSƏ 18 sen 2019, 13:17

Azərbaycanda yerin təkindən istifadə ilə bağlı məhdudiyyət müəyyənləşib.


Demokrat.az xəbər verir ki, bununla bağlı “Yerin təki haqqında” qanuna dəyişiklik edilir.

 

Dəyişikliyə əsasən, yerin təkindən istifadə hüququ verən icazənin sahibi (icazəni alan) icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz.


Yerin təkindən istifadə hüququ verən icazənin qüvvəsi icazə sahibinin təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərə, habelə icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top