Alimlər ölünün parçalanmasını lentə aldı — 17 ay hərəkət edirmiş

MARAQLI 18 sen 2019, 12:20

Ölmüş adamın bədəni ölümündən il yarım sonra belə hərəkət etməyə davam edir. Bunu Avstraliya alimləri iddia edir. 


Araşdırmalar Avstraliyada tafonomik eksperimental tədqiqatlar mərkəzində aparılıb. Mərkəzin adının baş hərflərindən götürülmüş abreviaturası (Australian facility for taphonomic experimental research) isə böyük məna kəsb edir - AFTER (SONRA). 


“Vesti Medisina” portalının verdiyi məlumata görə, onlar 17 ay ərzində bir cəsədin parçalanma prosesini lentə alıblar.


Qeydə alınmış görüntülər həssas insanları şoka sala bilər: sözügedən aylar ərzində meyit davamlı şəkildə hərəkət edib. 

 

Image result for Australian facility for taphonomic experimental research


İnsanların cəsədə olan ilkin və ümumi reaksiyası “böyük iyrənclikdir” olub. Koqnitiv antropoloq Paskal Buaye bütün məlum mədəniyyətlərdə ölü cəsədlərinin çirkli, murdar olması fikrinin təqdim olunduğunu açıqlayıb.


İnsanlar bu dəhşətli obyektdən onu torpaq, od və ya dənizə verərək ən qısa zamanda qurtulmağa çalışırlar. Bu, bədənin parçalanma prosesinin ilk dəfə yalnız XXI əsrdə ətraflı şəkildə sənədləşdirildiyini izah edir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top