Avtomobilin vurduğu piyada hadisə yerində öldü — FOTO/VİDEO

HADİSƏ 18 sen 2019, 08:52

Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Demokrat.az xəbər verir ki, metronun “Koroğlu” stansiyasının qarşısında, piyadalar üçün təyin edilməmiş yerdən yolu keçmək istəyən 45-50 yaşlı kişini Mahmudov Seymur Eyyub oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili vurub.


Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.


Meyitə ilkin baxış keçirilən zaman üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd tapılmayıb.


Faktla bağlı araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top