Azərbaycan Radiosunda Bədii Şura yaradılıb

SOSİAL 17 sen 2019, 23:16

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində Azərbaycan Radiosunda Bədii Şura yaradılıb.

 

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən məlumata görə, Bədii Şuranın tərkibi də artıq müəyyən olunub:

 

1. Rəşad Nəsirov - AzTV – nin sədr müavini

2. İlham Rəhimli – “Mədəniyyət” kanalı Proqram direktorunun müavini

3. Eldost Bayramov – Diktor

4. Ələmdar Quluzadə - “Uşaq verilişləri” redaksiyasının baş redaktoru

5. Şəfəq Əlixanlı – “Ədəbiyyat və İncəsənət” redaksiyasının baş redaktoru

6. Qorxmaz Şıxalıyev - “Səhər” redaksiyasının baş redaktor müavini

7. Rövşən Ramazanlı – “Xəbərlər” redaksiyasının baş redaktor müavini.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən AzTV QSC-də artıq 8 aydır ki TV sahəsində Bədii Şura fəaliyyət göstərir. Şura hər ay 2 dəfə topıanır və müzakirələr aparır. Radioda yaradılan bədii şura da 2 aydan bir topıanacaq və Azərbaycan Radiosunda yayımlanacaq musiqi və verilişlərin keyfiyyətinə nəzarət edəcək.

 

Qeyd edək ki, QSC-də yeni mövsümdə daha bir sıra yeniliklərə start verilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top