Bakıda qadını intim görüntüləri ilə şantaj etdilər

KRİMİNAL 17 sen 2019, 20:44

Bakıda qadını intim görüntüləri ilə şantaj etməkdə təqsirləndirilən Kamil Süleymanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. 


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 


Məhkəmənin baxış iclası sentyabrın 19-na təyin edilib. 

 
Qeyd edək ki, K.Süleymanov tanış olduğu qadın - A.Məmmədovanın (ad, soyad şərti) intim şəkilləri ilə şantaj edərək pul tələb edib.


Qadının hüquq-mühafizə orqanlarına şikayətindən sonra K.Süleymanov saxlanılıb. 


Onun barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu pul tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top