Məhkəmə Robert Koçaryanı həbsdə saxladı

DÜNYA 17 sen 2019, 21:41

Bu gün Yerevan Məhkəməsi vəkillərin Ermənistanın eks-prezidenti Robert Koçaryan barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin etməyib.


Demokrat.az xəbər verir ki, məhkəmə onu həbsdə saxlayıb.


Xatırladaq ki, Koçaryanın müdafiəsi faktiki olaraq Koçaryana qarşı ittihamların bir hissəsini ləğv edən Konstitusiya Məhkəməsinin qərarına istinad edərək həbs qətimkan tədbirinin ləğvi haqqında vəsatət qaldırıb.


Koçaryan 1 mart 2008-ci il hadisələri zamanı konstitusiya quruluşunun devrilməsində və ordunun etirazçı nümayişçilərə qarşı güc tətbiq etməsində, bunun nəticəsində 10 nəfərin həlak olmasında ittiham olunur. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top