"Ali məktəb dərsliklərində problemlər var" – PARLAMENTİN KOMİTƏ SƏDRİ

SOSİAL 17 sen 2019, 16:56

"Azərbaycanda ali məktəb dərsliklərində problemlər var. Xüsusən təbiət elmləri, riyaziyyat sahəsində tərcümə edilmiş, köhnəlmiş ədəbiyyatlardan istifadə olunur".


Bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin iclasında çıxış edən komitə sədri, akademik İsa Həbibbəyli deyib.


Komitə sədrinin sözlərinə görə, orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı mühüm nailiyyətlər əldə edilib:


“Bu il ilk dəfə olaraq, 1-ci sinif şagirdləri üçün “Riyaziyyat” dərsliyini iki hissədən ibarət kitab formasında çap edib. Bu, bizim dərsliklərin çəkisinin yüngülləşdirilməsi üçün apardığımız müzakirələrin konkret nəticəsidir. Amma ali məktəb dərsliklərində problemlər var”.

 

Komitə sədri qeyd edib ki, ali məktəblərin bakalavriat səviyyəsi üçün müəyyən dərsliklər olsa da, magistratura səviyyəsi üzrə dərsliklərin hazırlanması prosesi çox ləng gedir.


Onun dediyinə görə, bəzən magistratura səviyyəsi üçün bakalavriat səviyyəsi üçün olan dərsliklərdən istifadə edilir:


“Magistratura üçün proqramlar bakalavriat səviyyəsi üzrə olan proqramlardan fərqlənmir, bu proqramlar bir-birindən xeyli fərqləndirilməlidir. Magisttratura üçün dərsliklərin hazırlanması prioritet olmalıdır”. (Etikxeber.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top