Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı

İDMAN 17 sen 2019, 17:15

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

 

Demokrat.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. İdmançı buna dünya çempionatında yarımfinala yüksəlməklə nail olub.

 

M.Stadnik 1/4 finalda rusiyalı Yekaterina Poleşçuka qalib gələrək ilk "6-lıq"da yerini təmin edib və lisenziya normasını doldurub.

 

Xatırladaq ki, Azərbaycan güləşçisi Mariya Stadnik təsnifat mərhələsində ilk hissədə Nigeriya güləşçisinə vaxtından əvvəl təmiz qələbə ilə (10:0) qalib gəlib. 50 kq çəki dərəcəsindəki titullu pəhləvanın növbəti rəqibi Hindistanlı Sima Sima olub. Görüş Stadnikin qələbəsi ilə yekunlaşıb - 9:2.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top