Arif Hacılı başqanlığa namizədliyi ilə bağlı qərarını hələlik açıqlamaq istəmir

GÜNDƏM 17 sen 2019, 15:40

Müsavat Partiyası oktyabrın 12-də növbəti 9-cu qurultayının keçirilməsi barədə qərar qəbul edib.

 

Demokrat.az bildirir ki, Müsavat Partiyasının başqanı Arif Hacılı “Amerikanın Səsi”-nə müsahibəsində bildirib ki, 9-cu qurultay hesabat-seçki qurultayıdır: “Qurultayda partiya başqanının, mərkəzi nəzarət-təftiş komissiyasının hesabatları dinləniləcək. Təşkilatı məsələlərə baxılacaq, partiyanın başqanı, mərkəzi nəzarət-təftiş komissiyasının üzvləri və sərbəst məclis üzvləri seçiləcək. Eyni zamanda, proqram və nizamnaməyə müəyyən dəyişiklik və əlavələrin edilməsi nəzərdə tutulur.”

 

`Partiya başqanlığına namizədlər ötən qurultayda ilkin seçki yolu ilə müəyyən edilib, bəs indi necə müəyyənləşdiriləcək?-sualının cavabında Hacvılı deyib ki, namizədlərin müəyyənləşməsi üçün hər hansı bir prosedur yoxdur.

 

“İstənilən partiya üzvü başqanlığa namizədliyini irəli sürə bilər. Biz çalışacağıq ki, 9-cu qurultayda Azərbaycan tarixinin ən demokratik və ən şəffaf seçkilərinin keçirilməsinə nail olaq.”

 

Arif Hacılı öz namizədliyi ilə bağlı sualın cavabında deyib ki, Müsavat Partiyasının nizamnaməsinə görə onun daha bir müddət başqan olmaq hüququ var: “Namizədlərin irəli sürülməsi elan edildikdən sonra mən öz qərarımı açıqlayacam,” – o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top