"Partiyanın idarə olunması qənaətbəxş deyil" – Müsavat başqanlığına yeni NAMİZƏD

GÜNDƏM 17 sen 2019, 10:17

Müsavat Divanı partiyanın növbəti qurultayının oktyabrın 12-də keçirilməsi barədə qərar qəbul edib. Artıq iki namizəd bəllidir.


Bunlar I Qarabağ savaşının iştirakçısı Tofiq Yaqublu və partiyanın Lənkəran təşkilatına rəhbərlik etmiş Yadigar Sadıqlıdır.


Müsavat hazırda Bakı şəhər İcra Hakimiyyətindən yerlə bağlı cavab gözləyir.


Modern.az-ın məlumatına görə, başqanlığa namizədliyini irəli sürmüş Yadigar Sadıqlı bununla bağlı açıqlama da verib.

 

“Əvvəl də bildirdiyim kimi, öz namizədliyimi irəli sürəcəyəm. Partiyanın son 5 ildə idarə olunmasını qənaətbəxş hesab etmirəm və bunu Müsavatın reytinqinin zəifləməsində də müşahidə etmək olar. Hesab edirəm ki, mənim başqan seçilməyim təkcə Müsavatda deyil, ümumilikdə demokratik düşərgədə ab-havanı kökündən dəyişər, yeni qüvvələrin axınına xidmət edər”,-deyə Y.Sadıqlı bəyan edib.


Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılının da tezliklə namizədliyini elan edəcəyi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top