Aprel döyüşlərində həlak olan erməni əsgərlərin qohumları Şuşaya toplaşdı - FOTO

SİYASƏT 16 sen 2019, 23:23

Aprel döyüşlərində həlak olan onlarla əsgərin yaxınları Azərbaycanın qədim şəhəri olan Şuşa şəhərinə gəlib.

 

Demokrat.az konkret.az-a istinadən xəbər verir ki, bu gün Müqəddəs Xilaskar Kilsəsində Aprel döyüşlərində ölən erməni əsgərlərinin yaxınlarının vəftiz (xaç suyuna salınma) mərasimi keçirilib. Mərasimə bütün media orqanları dəvət edilib. Qondarma “dqr”-in rəhbəri Bako Saakyan da mərasimdə iştirak edib. Tədbirdə Dördgünlük Aprel Savaşında ölən əsgərlərin sayı ilə bağlı açıqlamaların qarşısı cidd-cəhdlə alınıb. Ümumiyyətlə, mərasimdə heç bir çıxış olmayıb. Qeyd edək ki, vəftiz  xristianlıqda ən müqəddəs ayinlərdən biri sayılır. Bu, imanlılar cəmiyyətinə (kilsəyə) daxil olma mərasimi anlamına gəlir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top