Mehriban Əliyeva Kamil Musavinin əməliyyat xərclərini öz üzərinə götürdü

HADİSƏ 16 sen 2019, 17:29

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musəvinin əməliyyat xərclərini üzərinə götürüb.


Demokrat.az xəbər verir ki, bu barədə Kamil Musəvinin özü məlumat verib.


"Əməliyyat xərclərimi qarşıladığı və bizi diqqətdən kənarda qoymadığı üçün Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Sağolsun ki, qayğısını əsirgəmir. Nəzərinizə çatdırım ki, 18.09.2019-cu ildə Bona Dea xəstəxanasında ağır əməliyyat olacam". 


Qeyd edək ki, Kamil Musavi 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən düşmənin minasının partlaması nəticəsində ayağını və gözünü itirmişdir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top