Metronun qarşısında ATIŞMA — Yaralılar var

DÜNYA 16 sen 2019, 18:07

Moskvada "Timiryazevskaya” metro stansiyasında atışma baş verib.


Demokrat.az-ın məlumatına görə, hadisə nəticəsində iki nəfər yaralanıb.


Qeyd olunur ki, naməlum şəxs metronun vestibülünə daxil olaraq atəş açmağa başlayıb və iki nəfəri yaraladıqdan sonra hadisə yerindən uzaqlaşıb.


Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağır olaraq qiymətləndirilir.


Hazırda atəş açan şəxsin axtarışları aparılır.(trend.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top