Jurnalistlərin “kupça” məsələsi uzanır – Onlara boş vədlər verilir

GÜNDƏM 16 sen 2019, 16:13

“Mənzillərə çıxarışların nə zaman veriləcəyi barədə heç bir məlumatı yoxdur”. 


Demokrat.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a media nümayəndələri üçün tikilən ikinci binanın sakini, jurnalist Azər Rəşidoğlu deyib.  O, bildirib ki, “kupça” yerinə yalnız vədlər verilir: “2 ildən çoxdur ki, bu yerinə yetməyən vədlərə artıq inam da qalmayıb. Jurnalist həmrəyliyi nəticəsində ölkə rəhbərinin bağışladığı mənzillərin “xidməti ev”ə çevrilməsinə imkan vermədik. Lakin proses yenidən dondurulmuş vəziyyətə gətirildi”,- deyə jurnlaist bildirib.

 

Çıxarışları vermək istəməyənlər hər kəsə güc göstərir, o cümlədən bu işə nəzarət edən şəxslərə. Əgər nüfuzlu məmurların da sözü  keçmirsə, biz nə edə bilərik? Onların sıradan bir jurnalisti susdurmağı çox asan məsələdir. Əslində, bu məsələ adi bir məsələ deyil. Bu, dövlətinin imicinə təsir edəcək yükə və çəkiyə malikdir. Prezident mənzil bağışlayır, çıxarışlar verilmir və bu evlərin “xidməti” olduğu açıqlanır. Bundan sonra jurnalistlər ölkə başçısına müraciət edir. Prezident ən yüksək səviyyədə göstəriş verir və yenə də müəmma pərdəsi aradan qalxmır. Nə mən, nə bir başqası bu suala cavab verə bilmir. Dövlətin süründürməçilik edənlərə gücü çatmırmı? Əminəm ki, bu belə deyil”.


 
Xatırladaq ki, jurnalistlərin üçün tikilən ikinci bina 2 ildir ki, istifadəyə verilib. Lakin mənzil sahibləri hələ də çıxarış ala bilməyiblər.  Jurnlaistlər ölkə başçısı İlham Əliyevə müraciətdən sonra müvafiq qurumlar qısa müddətdə problemin həll ediləcyini deyiblər. Media mənsubları isə məsələnin uzanmasından narahatdırlar.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top