SON DƏQİQƏ! Məşhurların olduğu təyyarə QƏZAYA UĞRADI (VİDEO)

DÜNYA 16 sen 2019, 12:50

Kolumbiyanın Popayan şəhəri yaxınlığında “Piper PA-31-350” tipli təyyarə idarəetmədən çıxaraq, yaşayış evlərinin üzərinə düşüb.

 

Redaktor.az AFP agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 8 nəfər həyatını itirib. 1-i uşaq olmaqla 3 nəfər xəsarət alıb. Yaralılardan biri qəza zamanı yaxınlıqda olan 10 yaşlı uşaq olub. Xəstəxanaya yerləşdirilənlərdən ikisinin vəziyyəti ağırdır. Yerli mənbələrin iddiasına görə, kiçik layner yerli şirkətə məxsus olub. Qəza nəticəsində yaşayış evlərinə də ciddi ziyan dəyib. Zərbənin təsirindən laynerin hissələri ətrafa səpələnib.

 

Sərnişinlərin kimliyi barədə rəsmi məlumat olmasa da, media onların arasında iki yerli məşhur idmançının olduğunu iddia edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top