Bu gün Azərbaycanda TV və radio işləməyəcək

SOSİAL 16 sen 2019, 10:04

Bu gün Azərbaycanın efir məkanında kompleks profilaktika keçirilir.

 

Demokrat.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

 

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2019-ci ilin cədvəlinə əsasən, dörd dəfə profilaktika nəzərdə tutulub.

 

Birinci profilaktika martın 4-də keçirilib. Növbəti kompleks profilaktika sentyabrın 16-da və dekabrın 9-da həyata keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top