Eldəniz Əzizli dünya çempionatında Azərbaycana ilk medalı qazandırdı

İDMAN 15 sen 2019, 17:30

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan yığması ilk medalını qazanıb.

 

Ötən ilin dünya və Avropa çempionu Eldəniz Əzizli (-55 kq) bürünc medal uğrunda görüşdə amerikalı Maks Nuri ilə qarşılaşıb.

 

İdmançımız rəqibinə 8:0 hesabı ilə qalib gəlib. Bu bürünc medalla Eldəniz Əzizli Tokio Olimpiadasına vəsiqə qazanıb.

 

Bu gün qeyri-Olimpiya çəkisində Rafiq Hüseynov (-82 kq) da final görüşünə çıxacaq.

 

Qeyd edək ki, bu gün dünya çempionumuz Rəsul Çunayev (-67 kq) də mübarizəyə qoşulub. Lakin tanınmış idmançımız macar rəqibinə 8:0 qalib gəlsə də, cənubi koreyalı güləşçiyə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top