İki neft zavodu partladıldı – VİDEO

DÜNYA 14 sen 2019, 20:37

Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya məxsus iki müəssisədə yanğın baş verib.


Bu barədə ölkənin rəsmi agentliyi olan SPA məlumat yayıb. 


Yanğından öncə hər iki zavoda pilotsuz uçuş aparatı ilə hücum edildiyi açıqlanıb. 


Məlumata görə, yerli saatla səhər 04:00-da ölkənin şərqindəki Bəkik və əl-Əhsa rayonlarındakı zavodlar hücuma məruz qalıb. 


Partlayışı Yəməndəki bombardmana cavab olaraq Husi silahlıların reallaşdırdığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top