Hacının Antalyada bıçaqlanma anının görüntüləri yayıldı – VİDEO

HADİSƏ 14 sen 2019, 18:13

Antalyada azərbaycanlı Hacı Elbrus Hacılının bıçaqlanma anının görüntüləri yayılıb. 

 

Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Konyaaltı rayonunun Liman məhəlləsində qeydə alınıb. 

 

Hacılı çərkəz əsilli şəxslə küçədə mübahisə edib. Bu zaman həmin şəxs cibindəki bıçağı çıxararaq, azərbaycanlını ayağından bıçaqlayıb. 

 

Hacılı dərhal xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükənin olmadığı bildirilib. 

 

Cinayəti törədən şəxsin isə yaxalanması üçün axtarışlar davam edir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top