Sabiq deputatdan vəkilin qətlinə ŞOK REAKSİYA: "Mütləq güllələmə anını canlı yayım edəcəm..." (FOTOLAR)

GÜNDƏM 13 sen 2019, 12:46

Milli Məclisin sabiq deputatı, Azərbaycan İqtisadçılar Klubunun prezidenti Nazim Bəydəmirli Tovuzda tanımış vəkil Firudin Ələkbərlinin güllələnməsi ilə bağlı sensasion ifadələr işlədib.


Demokrat.az xəbər verir ki, sabiq deputat Firudin Ələkbərlinin güllələnməsi cinayətinə haqq qazandırıb.


Nazim Bəydəmirli qeyd edir:


"Tovuzda tanıdığım, münasibətim yaxşı olan biznes adamı Əli Şəmiyev keçmiş məhkəmə sədri, indi vəkil kimi fəaliyyət göstərən Firudin Ələkbərlini güllələyib. Araşdırılmadan da əmin olmaq olar ki, mübahisənin kökü məhkəmə hüquq sistemində olan ədalətsiz qərarlardan yaranmış olur (Tovuzlular vəkili müxalifətçi, biznesmeni isə iqtidara yaxın adam kimi xarakterizə edirdilər, ancaq siyasiləşdirməyin).


Əlinin Azərbaycanda yatırdığı vəsaitləri Rusiyadan qardaşları ilə birlikdə qazandığı hamıya məlumdur. Mənimlə 2015-ci il seçkiləri öncəsi danışdığına əsasən dəqiqdir ki, qudaları ilə münasibətlərinin o qədər də "ürəkaçan olmadığını" hiss etdirmişdi..


P.S. Bu gün özümü Əlinin yerinə qoydum, əgər mən özümə və 110 səhmdara qarşı 15 ilə yaxın davam edən haqsızlığa qarşı dözürəmsə, deməli "dəmir əsəblərim" var imiş:) Növbəti şikayəti DİN-nin BMCMİ-nə indicə yola salıb gəlmişəm. Bu sonuncu şikayətdir!".


Keçmiş deputatın bu fikirləri sosial şəbəkədə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərindən biri Nazim Bəydəmirliyə "siz güllələməyi planlaşdırırsınız?" deyə sual edib.


Sabiq deputatın cavabı isə gözlənilməz olub. N.Bəydəmirli isə ona ünvanlanan suala belə cavab verib:


"Mütləq güllələmə anını canlı yayım edəcəm...".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top