Aslan İsmayılov Əli Kərimli ilə İlqar Məmmədova SƏSLƏNDİ: "Hakimiyyət hərisliyinə son qoyub Qarabağın həlli yollarını düşünün"

GÜNDƏM 13 sen 2019, 12:27

Tanınmış hüquqşünas Aslan İsmayılov AXCP sədri Əli Kərimli ilə Real partiyasının sədri İlqar Məmmədov arasında keçiriləcək debatla bağlı fikirlərini açıqlayıb. 


Demokrat.az xəbər verir ki, A.İsmayılov sözügedən debatın müxalifətin parçalanmasına xidmət etdiyini bildirib:


"AXCP sədri Əli Kərimli və Real partiyasının sədri İlqar Məmmədovun keçirəcəkləri debatla bağlı fikirlərimi bildirim. Buna çox təəssüf edirəm və bildirirəm ki, bu debat, iki partiya arasında gedən gizli münaqişəni açıq müharibəyə çevirəcək. Bu debatın məqsədi müxalifətdə liderin kim olmasını müəyyən etməkdir. Məhz birincilik uğrunda gedən mübarizəyə görə müxalifət bu qədər zəifdir. 


Son 25 ili gördüyüm odur ki, müxalifət gücünü birləşib hakimiyyətə qarşı mübarizəyə yox, öz aralarında birincilik adını qazanmağa sərf edib. Bu debat hakimiyyətin uzun illərdir "parçala və hökm sür"" siyasətinə qulluq edəcək.


Bu gün isə hakimiyyətli, müxalifətli ancaq bir məsələ ətrafında müzakirələr getməlidir. O da qarşıda yaranan fürsətdən istifadə edib Qarabağı azad etməkdir. Gördüyüm isə odur ki, əksinə həm hakimiyyət, həm də müxalifət daxilində birincilik uğrunda qanlı mübarizə gedir.

 

Image result for aslan ismayılov


Bir daha buradan həm hakimiyyətə, həm də müxalifətə müraciət edirəm. 1-2 illik hakimiyyət hərisliyinə son qoyub Qarabağ probleminin həlli yollarını düşünün və buna hazırlaşın. Bilin, belə davam edəcəyi təqdirdə 1-2 ildən sonra artıq Qarabağ uğrunda heç danışmağa dəyməz. Bu 1-2 il ərzində Ermənistan, daxilində olan gərgin hakimiyyət mübarizəsini həll edərsə, nəinki Ermənistan dünya da Qarabağa hansısa müdaxiləyə yol verməyəcək. Buna görə də hamıya Ermənistanda gedən prosesləri izləməyə çağırıram. Ən azından "Qolos Armenii" saytında gedən yazıları oxuyun.


P.S. Sumqayıt məhkəməsində dediklərimi qəribliyə salanlar kimi indi Qarabağla bağlı dediklərimi də qəribliyə salmayın. Heç olmasa yadda saxlayın".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top