Manaf Ağayev: "Toydan sonra yengə lazım deyil"

ŞOU-BİZNES 12 sen 2019, 22:17

"Toydan sonra yengə lazım deyil".

 

Bu sözləri tanınmış müğənni Manaf Ağayev deyib.

 

APA TV-də yayımlanan "Tahirə ilə gecə söhbətləri" verilişinin qonağı olan ifaçı lazımlı və lazımsız adət-ənənələrlə bağlı fikirlərini bildirib.

 

O, bəzi toy adətlərinin aradan qaldırılmasının zamanı gəldiyini bildirib və toydan sonra yeni cütlüyün yengənin müşayiətilə gərdəyə girməsini pisləyib:

 

"Elə adət-ənənələrimiz var ki, mənim heç xoşum gəlmir. Bizə yaraşmaz. Məsələn, toydan sonra yengə lazım deyil. Burada çox şey var, efirdə demək olmur. Onun çox biabırçı izahını verərdim... Bunlar bir-birlərini sevim evləniblərsə, onun orada gözləməsinə nə ehtiyac var?!". (Baku.ws )
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top