Putin Həbib Nurməhəmmədovla görüşdü – VİDEO

İDMAN 12 sen 2019, 21:21

Rusiya prezidenti Vladimir Putin UFC çempionu Həbib Nurməhəmmədovla görüşüb.

 

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki,  görüş Mahaçqala şəhərində baş tutub. Görüşdə Dağıstanın başçısı Vladimir Vasilyev və Həbibin atası Əbdülmanap Nurməhəmmədov də iştirak edib. Qələbə münasibətilə Həbibi təbrik edən Putin Əbdülmanap Nurməhəmmədova da təbriklərini çatdırıb:

 

“Oğlunuzun qələbəsi münasibətilə sizi təbrik edirəm. Əsl ona layiq, güclü döyüş idi”.

 

Xatırladaq ki, Həbib sentyabrın 7-də Əbu-Dabidə amerikalı Dastin Puaryeyə qalib gələrək növbəti dəfə çempion titulunu qoruyub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top