İnam Kərimovdan işdən qovduğu direktorun yerinə TƏYİNAT

HADİSƏ 11 sen 2019, 21:44

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişiklikləri olub. 


Demokrat.az-ın məlumatına görə, bu barədə nazir İnam Kərimov müvafiq əmr imzalayıb.


Əmrə əsasən, Rövşən Yəhyayev İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru təyin edilib. 


Qeyd edək ki, bir müddət əvvəl nazirin əmri ilə İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov və Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mətləb Kərimov Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyət prinsiplərinə zidd hərəkət etdikləri üçün vəzifələrindən azad ediliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top