Leyla Əliyeva Bakı bulvarında sərgidə — FOTOLAR

MARAQLI 11 sen 2019, 19:12

Sentyabrın 9-da Dənizkənarı Milli Parkda “Nargis” komandasının "Make the Earth Smile" resaykling sərgisinin rəsmi açılışı olub.


Demokrat.az xəbər verir ki, “Nargis” Nəşriyyat Evi ətraf mühitin qorunması probleminə həsr edilmiş sərgi təşkil edib.


Layihə çərçivəsində səkkiz heykəltəraş müxtəlif istehsalat tullantılarından qurulmuş 13 instalyasiya təqdim olunub. Sərgi “Nargis” jurnalının “Ekologiya” mövzusuna həsr olunmuş 63-cü nömrəsi ilə eyni vaxta təsadüf edib. Jurnal, üz qabığında – IDEA-nın təsisçisi Leyla Əliyevanın fotosu ilə nəşr edilib.


“Nargis” komandası – ətraf mühitə laqeyd olmayan insanlardır. “Nargis” ekoloji brendləri dəstəkləyir, təbii sərvətlərə qənaət edir, eyni zamanda, geniş oxucu kütləsi qazanmış bir nəşr olaraq, hər birimizin Ana-Yer kürəsinin qorunmasını təşviq və təbliğ etməkdə öz məsuliyyətini hiss edir.


“Make the Earth Smile” adlı ekoloji layihə – insanın həyat fəaliyyətinin 13 ən vacib, Yer kürəsinə xüsusilə zərər verən böhranlı sahəsini özündə əks etdirən 13 instalyasiyadan ibarətdir. Layihənin məqsədi – gənc nəsli müsbət nəticələrlə yekunlanan yeni həyat tərzinə alışdırmaqdır. Sərgidə ətraf mühitə kömək etmək üçün hər birimizə tövsiyə olunan 13 faydalı vərdiş təsvir edilmiş “Nargis” kitabçaları paylanıb. 13 rəqəmi təsadüfən seçilməyib – 13 dekabrda “Nargis” jurnalı öz ad gününü qeyd edir.


Açılışa Leyla Əliyeva, “Nargis”in tərəfdaşları və dostları, xarici ölkələrin Azərbaycandakı səfirliklərindən nümayəndələr, nazirliklərdən nümayəndələr, sənətkarlar və qalereya sahibləri də daxil olmaqla 150-yə yaxın insan qatılıb.


“Make the Earth Smile” sərgisi oktyabrın 5-dək davam edəcək. Giriş sərbəstdir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top