Mahir Emrelinin evindən külli miqdarda pul oğurlandı

HADİSƏ 11 sen 2019, 18:15

Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.


Oxu.Az-ın əldə etdiyi məlumata görə, məşhur futbolçunun Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, döngə 20-də yaşayan evindən 17 min manat, 20 min dollar, üç ədəd mobil telefon və 5 min manat dəyərində qızıl zinət əşyaları oğurlanıb.


Hadisə dünən saat 11:50-dən 15:40-dək olan müddətdə baş verib.


Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top