Vahid Əhmədov Qubada seçicilərinin problemlərini dinlədi — FOTOLAR

SOSİAL 11 sen 2019, 14:18

Millət  vəkili  Vahid  Əhmədov  Qubada  seçiciləri  ilə  görüşüb. 


Demokrat.az xəbər verir ki, işgüzar  şəraitdə  keçən  görüşdə  millət  vəkili  Milli  Məclisin  payız  sessiyasında  müzakirə  edilməsi  nəzərdə  tutulan  məsələlər  haqqında  danışaraq, Quba  və  regionda  görüləsi  nəzərdə  tutulan  işlər  barəsindədə  məlumat  verib.


Görüşdən  sonra  baş  tutan  qəbulda  62 nəfər  Quba  və  qonşu  rayonlardan  olan  vətəndaşlar  qəbul  edilərək  dinləniliblər. 


Qəbul  zamanı  qaldırılan  məsələlər  sırasında  mənzillə  təmin  edilmə, məhkəmə  qərarlarının  icrasındakı  problemlər, tələbələrin  təhsil  haqlarının  ödənilməsindəki  çətinliklər, əlillik  alınmasındakı  süründürməçiliklər,  torpaqların  verilməsi  və  digər  məsələlər olub.


Bütün  məsələlər  köməkçi  tərəfindən  qeydiyyata  alınmış, deputatın  tapşırığına  uyğun  olaraq  həll  variantları  seçilib. İllərdir  köhnə  avtovağzalın  özəlləşdirilməsi  ilə  bağlı  yaranan  mübahisə  təsisçilərin  xahişi  nəzərə  alınmaqla  deputatın,  vəkillərin  və  maraqlı  tərəflərin  iştirakı  ilə  araşdırılmış, uzun  zaman  əldə  oluna  bilməyən  danışıqlar üçün  razılaşma  nəhayətki  baş  tutub. 


Qəbuldan  sonra  rayonda  icra  olunan  işlərlə  tanış  olan  millət  vəkili  Xanagah  yolunda  Cağacıq  çayı  üzərində  qurulan  körpünün  tikintisi  işlərini   yerində  müşahidə  edib. 

Növbəti  tanışlıq  tikintisi  demək  olarki  yekunlaşmış  Quba-Qonaqkənd  yolu olmuşdur. Sevindirici  haldırki  Qonaqkənd  qəsəbəsinə  qaz  çəkilişidə  yekunlaşmaq  üzrədir. Əhali  ilə  ayaqüstü  görüşən  millət  vəkili  görülən  bütün  işlərə  görə  sakinlərin  necə  gözəl  hislər  keçirdiyinin  şahidi  olub.


Son  illər  Azəravtoyol  şirkətinin  respublika  Prezidentinin  sərəncamlarına  uyğun  olaraq  Qubada  yol  tikintilərinin  uğurla  həyata  keçirildiyi  qeyd  olunub. Əhali  ölkə  başcısına  minnətdarlıqlarını  catdırmağı millət  vəkilindən   xahiş  edib.


Növbəti  qəbul  oktyabr  ayına  təyin  olunub. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top