Ukraynalı qızlar Azərbaycana axışacaq

“Bu ilin sonunadək Azərbaycana 50 minədək ukraynalı turist gələcək”.


Demokrat.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski mətbuat konfransında bildirib.


“Bakını görmək üçün getdikcə daha çox ukraynalı buraya gəlir. Onların sayı artan xətlə dəyişir, lakin işləməli bəzi məsələlər də var. Səfirliyimiz turizm sahəsini inkişaf etdirmək, Truskavets ilə yanaşı, azərbaycanlı turistləri cəlb edəcək başqa şəhərləri, əraziləri tantdırmaqla bağlı səy göstərəcək”, – diplomat deyib.


O, turist axınının artması ilə təyyarələrin yüklənmə probleminin ortaya çıxdığını vurğulayıb: 

 

“Məncə, istər Ukrayna, istərsə də Azərbaycan hava yolları şirkətləri uçuşların sayını artıra bilər”.


Səfir həmçinin vətəndaşları Ukraynada təhsil alan ölkələr arasında Azərbaycanın Top-5-də olduğunu diqqətə çatdırıb: 


“Bu, uzun illərin ənənəsidir. Çox mühüm və çox xoş ənənədir”.(ena.az)

11 Sentyabr 2019, 23:00   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß