AzTV-nin əməkdaşları qəzaya düşdü - 3 nəfər xəsarət aldı

HADİSƏ 11 sentyabr 2019, 00:02

Bakının Səbail rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Demokrat.az APA-ya istinadən xəbər verir ki, Parlament prospektində 2 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahid oğlu və daha iki xanım xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Yaralanan şəxslər Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları olub.

 

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top