"Hələ bunların böyük əksəriyyəti dərk eləməyib" – Arif Əliyev rəsmilərin sosial şəbəkəyə axınından danışdı (VİDEO)

GÜNDƏM 10 sen 2019, 22:01

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev son zamanlar dövlət rəsmilərinin sosial şəbəkəyə axınına münasibət bildirib.

 

Demokrat.az xəbər verir ki, tanınmış jurnalist, AYNA TV-nin "Aynada" verilişinin növbəti buraxılışında rəsmilərin böyük əksəriyyətinin sosial şəbəkələri dərk etmədən, göstəriş alaraq bu məkana gəldiyini açıqlayıb:

 

“Bu nə dərəcədə düşünülmüş şəkildə edilir? Hələ bunların böyük əksəriyyəti dərk eləməyib, bunlar göstəriş alıblar”.

 

A.Əliyev istənilən halda, bu addımın yaxşı hal olduğunu vurğulayıb və məsələnin maraqlı məqamlarına toxunub:

 

“Adətən hər hansı yeniliyi ya hakimiyyət, ya elita irəli sürür. Ondan sonra cəmiyyət, ona alışmağa başlayır. Bizdə proses tam tərsinə gedir. Cəmiyyət özü kənardan gələn yeniliyə o qədər alışır ki, buna hakim təbəqə uyğunlaşmalı olur”.

 

Bundan başqa, o, rəsmilərin sosial şəbəkələrə axınının hansı məqsəd daşıdığını sual edib və fikirlərinə bu cür davam edib: 


“Əgər məqsəd, ictimai idarəçilyi genişləndirməkdirsə, xalqı idarəçiliyə yaxınlaşdırmaqdırsa, xalqla məsləhətləşmələri aparmaqdırsa və yeni informasiya kanalları yaratmaqdırsa, bu gözəl olardı. Amma alınan bir çox məlumatlara, yazılan xəbərlərin xarakterinə baxanda görürsən ki, bu bir növ siyasi və ideoloji mübarizənin və təbliğatın növbəti qolu kimi dərk olunur”.

 

Zaur Zahidoğlu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top