Xorvatiya ilə heç-heçəyə görə AFFA millinin futbolçularına külli miqdarda pul verəcək

İDMAN 10 sen 2019, 22:29

AFFA dünən millimizin Xorvatiya ilə oyunda əldə etdiyi nəticəyə görə, komanda üzvlərinin hamısına pul mükafatı verəcək.


Demokrat.az xəbər verir ki, ilk "11-lik"də meydana çıxan hər bir futbolçu 30 min manat mükafat alacaq.


Oyuna sonradan daxil olanlar və ehtiyatda qalanlar isə 30 mindən az mükafat alacaqlar. Belə ki, 1 xala görə yarım milyondan çox pul paylanacaq.


Futbolçulara deyilib ki, mükafatlar bu günlərdə bank hesablarına köçürüləcək.


Qrup sonuncusu olan Azərbaycan yığması seçmə mərhələdə keçirdiyi ilk 4 oyunda müvafiq olaraq Xorvatiya, Macarıstan, Slovakiya və Uelsə uduzub, ilk xalını isə 5-ci turda - dünən xorvatlarla ikinci qarşılaşmada qazanıb.(Sportinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top