"Qarabağ"da ciddi itki var

İDMAN 10 sen 2019, 23:05

Millimizin futbolçusu Riçard Almeyda zədələnib.


Demokrat.az qol.az-a istinadən xəbər verir ki, o, Avro-2020-nin seçmə mərhələsinin 5-ci turunda Uelslə səfər oyununda (1:2) sıradan çıxıb. Məhz bu səbəbdən 30 yaşlı yarımmüdafiəçi dünən Xorvatiya ilə matçda (1:1) meydana çıxmayıb. Onun adı sifariş ərizəsinə salınsa da, sona kimi ehtiyatda qalıb.


Sentyabrın 6-ı keçirilən Uelslə qarşılaşmadan sonra həkimlərin qoyduğu diaqnoza görə, Almeyda ən azı bir həftədən sonra fərdi məşqlərə başlaya bilər. Bu isə deməkdir ki, "Qarabağ"ın futbolçusunun Azərbaycan Premyer Liqasının 4-cü turunda "Neftçi" (15 sentyabr) və Avroliqanın qrup mərhələsinin ilk turunda "Sevilya" (19 sentyabr) ilə oyunları buraxması mümkündür.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top