Qadınların kişilərlə bir yerdə işləməsinə qarşı olan din adamından ŞOK SÖZLƏR

DÜNYA 10 sen 2019, 21:59

Cübbəli Əhməd xoca adıyla tanınan türk ilahiyyatçısı Əhməd Mahmud Ünlü qadınlarla bağlı etiraz yaradacaq fikirlər səsləndirib.

 

O, çıxışında iqtisadiyyatdakı durğunluğu qadınların işləməsi ilə əlaqələndirib.

 

Zərif cinsin nümayəndələrinə qarşı kəskin fikirləri ilə tez-tez gündəmə gələn Cübbeli Əhməd çıxışında deyib:

 

“Qadınların işləməsi çox böyük fitnə-fəsaddır. Bu, müzakirə olunmamalıdır, qadınların işlədiyi yerə erkək milçək də girməməlidir. Qadınların kişi olan yerlərdə işləməsi kimi bir fitnə varkən, bu ölkənin problemləri həll oluna bilər?

 

Bütün problemlər buradan qaynaqlanır. İşsizlik, kişilərin maaşlarının az olması və iqtisadiyyatdakı böhran bununla əlaqədardır”.(Teleqraf.com)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top