“Əli Əhmədov qanverməyə tam yararlı olub” — Səhiyyə Nazirliyi

GÜNDƏM 10 sen 2019, 15:58

Səhiyyə Nazirliyi Baş nazirin müavini Əli Əhmədovun donor olması və yaşı ilə bağlı sosial şəbəkələrdəki müzakirələrə münasibət bildirib.


Məlumatda qeyd edilir ki, sentyabrın 6-da Yeni Azərbaycan Partiyasının mənzil qərargahında YAP icra katibliyi də daxil olmaqla, Bakı və Abşeron üzrə rayon təşkilatının nümayəndələri qanvermə aksiyasında iştirak edib. 


Həmin aksiyada B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının təcrübəli tibb işçiləri tərəfindən könüllü donor olmaq istəyən şəxslərdən qan götürülüb. 


O cümlədən, Əli Əhmədov həmin aksiya zamanı qan verərək donorluq edib. Digər donorlar kimi, Əli Əhmədov da həkim müayinəsindən keçib, donor olmaq üçün heç bir əks-göstəriş aşkarlanmayıb. O, dəfələrlə qan verdiyi üçün, qanverməyə tam yararlı olması müəyyən edilib və qan götürülüb. Qanvermə prosesi tam normal keçib.


Xatırladaq ki, Səhiyyə Nazirliyinin 10.07.2006-cı il tarixli 112 nömrəli əmrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 61 nömrəli qərarı ilə təsdiq edilmiş 4 №-li əlavənin (Donorun tibbi müayinədən keçməsi, qanın, qan komponentlərinin götürülməsi qaydası) 1.11. bəndinə əsasən (1.11. Donorun yaş həddi 18-65 arasında olmalıdır. 65 yaşdan sonra ilkin donorluğa cəlbolunma qərarı cavabdeh həkimin rəyi əsasında verilə bilər.) 65 yaşdan yuxarı donorlar həkim rəyinə əsasən həm təkrar qanvermədə, həm də ilkin qanvermədə iştirak edərək donor ola bilərlər.


Qeyd edək ki, Ə. Əhmədovun 66 yaşı var.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top