"Mir Şahin Stalindir, Lenindir?" — Rəşid Mahmudov

GÜNDƏM 10 sen 2019, 15:01

"Ay oğul Mir Şahin nədir e? Sən Allah, başqa işlə məşğul olun".


Demokrat.az xəbər verir ki, bu sözləri tibb elmləri namizədi Rəşid Mahmudov jurnalist Mir Şahin Ağayevin uşaq pulu məsələs ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib: 


"Mir Şahin Stalindir, Lenindir ya Marksdır? Ay oğul, Mir Şahin nədir e? Sən Allah, başqa işlə məşğul olun".


R. Mahmudov həmçinin uşaq pulu məsələsilə bağlı öz fikirlərini də bildirib. O Azərbaycanda uşaq pulunun verilməsinin tərəfdarı olduğunu vurğulayıb: 


"Uşaq pulu niyə verilməməlidir axı? Hətta Rusiyada doğulan hər bir oğlana 10 min dollar pul verirlər. Uşaq pulu Azərbaycanda da verilməlidir. O zaman artım olmaz axı, millət artmaz, inkişaf olmaz. Mütləq verilməlidir".


Qeyd edək ki, tanınmış jurnalist Mir Şahin Ağayev özünün "Mir Şahinin vaxtı" analitik proqramındakı şərhində uşaq pulu verilməsi ilə bağlı, "bu müavinət bərpa oluna bilməz" ifadələrini işlədib və bu fikrini bir neçə səbəblə müdafiə edib.(Yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top